250+

Tələbə

$1500

Ortalama qazanc

95%

Məmnuniyyət

24/7

Mentor dəstəyi

Tələbə nəticələri

Söz yox. Ekran görüntüsü.

Tələbələrimizin öz eBay hesablarından göndərdiyi real nəticələr. Rəqəmlərə toxunulmayıb, yalnız şəxsi məlumatlar örtülüb.

Şəkilə toxunsan böyüyür. Nəticələr fərdidir və zəmanət deyil. Göstərilən rəqəmlər həmin tələbənin öz hesabındandır, şəxsi məlumatlar örtülüb.

İki track

Birini seç. Aşağıdakı hər şey ona görə dəyişir.

Problemdən proqrama qədər bütün bölmələr seçdiyin track-ı göstərir. Keçid yuxarıda qalır — istədiyin an o birinə baxa bilərsən.

Tanış gəlir?

Problem süni intellekti bilməmək deyil. Onunla nə edəcəyini bilməməkdir.

"ChatGPT-ni açıram, sonra donuram."

Alət əlindədir. Onu öz işinin hansı nöqtəsinə qoşacağın isə heç yerdə yazılmayıb.

"Hamı AI-dan danışır, heç kim göstərmir."

Saatlarla məzmun izləyirsən, sonunda əlində işlək bir şey qalmır.

"Komandam eyni işi hər gün təkrarlayır."

Mesaj cavablamaq, hesabat yığmaq, məktub yazmaq. Hər gün, əl ilə, yenidən.

"Rəqib avtomatlaşdırdı, mən hələ əl ilə işləyirəm."

O, eyni işi üçdə bir vaxta görür. Fərq hər ay böyüyür.

Necə işləyir

Sadə dildə — 3 tərəfli bir sistem

Süni intellekt kursu kod yazmaqla başlamır. Sıfırdan qurmursan, risk götürmürsən: hazır botu uyğunlaşdırıb təhvil verirsən.

Sən AI xidməti Hazır bot Do More kitabxanası Müştəri Biznes sahibi $59 abunə $400 layihə +$340 qazanc
  1. 01

    Sən Do More kitabxanasından hazır bot faylını götürürsən — aylıq $59 ödəyirsən.

  2. 02

    Müştəri — bir biznes sahibi — həmin botu öz işinə qurduğun üçün sənə $400 ödəyir.

  3. 03

    Aradakı $340 ferq sənin xalis qazancındır — botu sıfırdan yazmırsan, hazır faylı bir neçə saata uyğunlaşdırırsan.

Qlobal AI bazarı

2028-ə qədər ~3 qat

milyard $
Statista

Rəqəmlər sistemi izah etmək üçün nümunədir, qazanc zəmanəti deyil.

Proqram

Nə öyrədirik. Gizli heç nə yoxdur.

AI təlimində nəzəriyyə yoxdur: alətləri tanıyırsan, botu qurursan, hesablara bağlayırsan, sonra onu xidmət kimi satırsan. Nə alacağını ödəmədən əvvəl tam görürsən.

01 Niyə AI, və hardan başlanır

AI-ın bu gün real olaraq nəyi görüb, nəyi görmədiyi

Modellər arasındakı fərq və hansını nə vaxt seçmək

Nəticəni təsadüf olmaqdan çıxaran sorğu quruluşu

Öz işində avtomatlaşdırılacaq ilk nöqtəni tapmaq

02 Antigravity və n8n — fərq nədir

Antigravity nədir, hansı işi necə görür

n8n nədir və hansı hallarda ondan yapışmaq lazımdır

İki alətin fərqi: nə vaxt biri, nə vaxt o biri

İkisini bir işdə birlikdə işlətmək

03 Bot və layihə qurmaq

Antigravity-də sıfırdan bot qurmaq

n8n-də addım-addım layihə (workflow) qurmaq

Botun tonunu, qaydalarını və sərhədlərini yazmaq

Sınamaq, səhvi tapmaq və düzəltmək

04 Hesablara bağlamaq

WhatsApp, Telegram və e-poçta qoşmaq

Google Sheets, Notion və CRM ilə işləmək

API açarlarını almaq və təhlükəsiz saxlamaq

İşə salıb izləmək — nə vaxt xəbər versin, nə vaxt susmalıdır

05 Hazır bot fayllarını işlətmək

Kitabxanadan faylı götürüb öz hesabına köçürmək

Müştərinin işinə uyğunlaşdırmaq

Yeni versiya çıxanda köhnəni yeniləmək

Ən çox işlənən botların hansı biznesə uyğun gəldiyi

06 Xidmət kimi satmaq

Hansı biznesə hansı bot lazımdır

Qiymət qoymaq və təklif hazırlamaq

İlk müştərini tapmaq

Təhvil vermək və aylıq dəstəyə çevirmək

Əsas məhsul

Bot kitabxanası. Hazır fayl. Bugün işə düşür.

Sıfırdan qurmursan. Faylı endirir, öz hesabına bağlayır, işə salırsan — sonra eyni botu bir biznesə xidmət kimi satırsan. Kitabxana durmadan böyüyür, aşağıdakılar sadəcə bir neçə nümunədir.

Dəstək

Müştəri cavab botu

Gələn mesajları oxuyur, sənin tonunda cavab yazır, cavablaya bilmədiyini sənə ötürür.

Gündə ~2 saat

Analitika

Hesabat botu

Həftəlik satış və performans hesabatını özü yığır, oxunaqlı formada göndərir.

Həftədə ~3 saat

Satış

E-poçt botu

Sənin siyahına şəxsiləşdirilmiş məktub yazır və göndərir. Şablon hissi vermir.

Gündə ~1.5 saat

Araşdırma

Araşdırma botu

Rəqibləri, bazarı və qiymətləri izləyir, dəyişiklik olanda xəbər verir.

Həftədə ~4 saat

Məzmun

Məzmun botu

Sosial media üçün mətn və başlıq yazır, təqvimə salır.

Həftədə ~5 saat

Əməliyyat

Sənəd botu

Sənədləri və faktura məlumatlarını oxuyur, cədvələ köçürür.

Həftədə ~3 saat

Hər ay kitabxanaya yeni bot əlavə olunur. AI sürətlə dəyişir — yeniləməsi bizim işimizdir.

Botu kimə satırsan

Bu botları şirkətlər alır.

Yuxarıdakı botların hər biri bir şirkətin gündəlik işini yığışdırır — ona görə də onlar üçün pul ödənilir. Öz komandanı AI-a keçirmək istəyirsənsə, bunu birlikdə qururuq: kadr təlimi, prosesin bağlanması və canlı sessiya. Qiymət komanda ölçüsünə görə hesablanır, faktura ilə.

Şirkət üçün təklif istə

Dürust danışaq

AI təlimi hamıya uyğun deyil.

Sənə uyğundur, əgər

  • İşləyən bir biznesin var və onu sürətləndirmək istəyirsən
  • Biznes qurmaq istəyirsən və AI-ı başlanğıc ustünlüyü kimi görürsən
  • Həftədə ən azı 3-4 saat ayıra bilirsən
  • Sual verməkdən çəkinmirsən

Uyğun deyil, əgər

  • Düymə basıb pul qazanmaq axtarırsan
  • Videolara baxıb tətbiq etməyəcəksən
  • Bir həftədə nəticə gözləyirsən
  • AI-ın hər işi sənin yerinə görəcəyini düşünürsən

Qiymət

Üç paket. Gizli şərt yoxdur.

Aylıq abunə. İstədiyin ay dayandırırsan, cərimə yoxdur.

AI Track

65% endirim

$169 $59 /ay

Günə cəmi $2. İstənilən vaxt ləğv edirsən.

  • Bütün video dərslərə tam giriş
  • Hazır bot kitabxanasına tam giriş
  • Hər ay yeni bot və şablon
  • 24/7 mentor dəstəyi
  • Skool icmasında sual-cavab
İcmaya qoşul

Stripe ilə təhlükəsiz ödəniş

eCommerce Track

61% endirim

$99 $39 /ay

Günə cəmi $1.3. İstənilən vaxt ləğv edirsən.

  • eBay dropshipping sisteminin hamısı
  • Mağaza qurulması və məhsul seçimi
  • 250+ tələbənin olduğu icma
  • 24/7 mentor dəstəyi
  • Qoşulduğun qiymət sonradan artmır
eCommerce-ə qoşul

Stripe ilə təhlükəsiz ödəniş

Premium

Hamısı daxil

Yerlər doldu

$299 /ay

Bizimlə yaxın işləmək istəyənlər üçün. İstənilən vaxt ləğv edirsən. Hazırda qəbul bağlıdır.

  • Hər iki track tam daxildir (AI + eCommerce)
  • Ən son yeniliklərə ilk giriş imkanı
  • Private seminarlarda iştirak üzvlüyü
Premium-a qoşul

Stripe ilə təhlükəsiz ödəniş

Yerlər doldu

Yer açılanda xəbər verək →

Bütün paketlər aylıq abunədir, istənilən vaxt ləğv edilir. Qoşulduğun qiymət abunə davam etdikcə dəyişmir. Ödənişdən sonrakı ardıcıllıq üçün bura bax.

Ödəmədən əvvəl

Bir dərsə indi bax.

12 dəqiqəlik pulsuz video. Necə danışdığımızı, necə göstərdiyimizi gör. Xoşuna gəlməsə, qoşulma.

Süni intellekt kursundan pulsuz nümunə dərs — 12 dəqiqəyə Claude'un 97%'i

12 dəqiqəyə Claude’un 97%’i öyrən

YouTube-da aç

Ödədikdən sonra

Ardıcıllıq belədir.

Beş addım. Heç birində ilişib qalmırsan — hər addımda sənə kim cavab verəcəyi bəllidir.

01

Ödəniş edirsən

Stripe ilə kartla. 2 dəqiqə çəkir, sayt səni birbaşa ödəniş səhifəsinə aparır.

02

Ekran görüntüsünü atırsan

Ödəniş təsdiqinin screenshot-unu WhatsApp-a göndərirsən.

03

Ad və soyadını yazırsan

Eyni mesajda. Skool hesabın bu ada açılacaq.

04

Biz səni əlavə edirik

Skool dəvəti e-poçtuna gəlir. Qeydiyyatdan keçirsən.

05

Öyrənməyə başlayırsan

Bütün dərslər, bot faylları və icma açılır. İlk botunu həmin gün qurursan.

WhatsApp-a nə yazmalısan

Salam, təlim üçün ödəniş etdim.
Ad Soyad: [adın soyadın]
E-poçt: [Skool üçün e-poçtun]
+ ödəniş ekran görüntüsü

Yandakı düymə bu mesajı özü doldurur.

WhatsApp-dan yaz Adətən bir neçə saat ərzində əlavə olunursan.

Haqqımızda

Biz kimik

Azərbaycanda insanlara dollarla qazanan öz sistemini qurdurmaq — bizim işimiz budur. Süni intellekt ilə də, eCommerce ilə də.

Do More-da hər dərs bir nəticəyə bağlıdır: qurulan mağaza, satılan xidmət, gələn ilk ödəniş. İşləməyən şey dərsə çevrilmir — öyrətdiyimiz hər sistem əvvəlcə bizim öz işimizdə işləyir.

250-dən çox tələbə bu yolu bizimlə gedir. Sual azərbaycanca gedir, cavab azərbaycanca gəlir — 24/7.

Hüseyn Abbaslı — süni intellekt mütəxəssisi, Do More təlimçisi

Hüseyn Abbaslı

Süni intellekt mütəxəssisi

huseyn.co →
İlkin Rasulzadə — eCommerce mütəxəssisi, eBay təlimçisi

İlkin Rasulzadə

eCommerce mütəxəssisi

ilkin.co →

FAQ

Ağlına gələn suallar.

eBay dropshipping nədir?
Anbarsız satış modelidir. Məhsulu əvvəlcədən alıb saxlamırsan, eBay-də elan verirsən. Sifariş gələndə məhsulu tədarükçüdən alırsan, o da birbaşa müştəriyə gedir. Ön kapital tələb etmədiyi üçün sıfırdan başlayanlar üçün ən əlçatan yoldur.
Azərbaycandan eBay-də satmaq olar?
Bəli. eCommerce təlimi elə bunun üçün qurulub: hesabın açılışından ilk satışa qədər hər addım Azərbaycandan işləyən qaydada göstərilir. 250+ tələbənin nəticəsini yuxarıdakı lentdə görə bilərsən.
eBay təlimi və süni intellekt kursu necə keçirilir?
Hər iki təlim Skool platformasındadır. Dərslər əvvəlcədən çəkilmiş videolardır, istədiyin vaxt izləyirsən, təkrar baxa bilərsən. Sualın olanda icmada yazırsan, cavabı biz veririk. Sabit cədvəl yoxdur, öz sürətinlə gedirsən.
Süni intellekt kursu üçün əvvəlcədən bilik lazımdır?
Xeyr. Süni intellekt kursunun birinci modulu sıfırdan başlayır, AI haqqında heç nə bilməyə bilərsən. Şərt yalnız kompüterdən istifadə edə bilməkdir.
Ödənişdən sonra nə olur?
Ödəniş təsdiqinin ekran görüntüsünü ad və soyadınla birlikdə WhatsApp-a göndərirsən. Biz səni Skool icmasına əlavə edirik, dəvət e-poçtuna gəlir. Adətən bir neçə saat çəkir. Beş addımın hamısı burada.
Qiymət sonradan artacaq?
Qoşulduğun qiymət sənin üçün sabit qalır — abunə davam etdikcə artmır. Sonradan qiymət dəyişsə belə, bu sənə təsir etmir.
AI təlimi və eCommerce təlimi arasında hansını seçim?
İşləyən bir biznesin varsa və onu sürətləndirmək istəyirsənsə — AI təlimi. Sıfırdan dollarla qazanan bir sistem qurmaq istəyirsənsə — eCommerce təlimi. İkisinin necə işlədiyini yuxarıdakı bölmədə yan-yana müqayisə edə bilərsən.
Abunəni necə ləğv edirəm?
E-poçtundakı linkdən özün ləğv edirsən, bir kliklə. Səni saxlamağa çalışan olmayacaq. Ödədiyin dövr bitənə qədər girişin qalır.
Botlar hansı proqramlarla işləyir?
Botlar Antigravity və n8n üzərində qurulur — ikisi də hazır alətdir, kod yazmırsan. Faylı öz hesablarına bağlayırsan: WhatsApp, Telegram, Gmail, Google Sheets və işlətdiyin digər servislər. Hansı botun hansı hesaba bağlandığı dərsdə ekran-ekran göstərilir.
Dərslər hansı dildədir?
Hamısı Azərbaycan dilindədir. İcmada da azərbaycanca yazılır.

Bu həftə birinci addımı at.

Hansı yolu seçdiyinin ferqi yoxdur. Fərq bu həftə başlayıb-başlamamağındadır.