Do More Million
Müraciətlər qəbul olunur

Üç yol. Bir sistem.
Real mağazalar üzərində.

Nəzəriyyə yox — işləyən mağazalar, həftəlik canlı dərslər və hər tələbənin mağazasına ayrıca baxış. İstiqamətini seç, qalan yolu birlikdə gedək.

  • 530+tələbə və müştəri
  • 500+Bakı seminarlarında iştirakçı
  • 2×həftədə canlı dərs
30 SANİYƏLİK TEST

Hansı təlim sənə uyğundur?

Üç sual cavabla — hansı yoldan başlamağın məntiqli olduğunu göstərək.

1. Reklam testi üçün ayrıca büdcən var?

2. Gündə nə qədər vaxt ayıra bilərsən?

3. E-ticarət təcrübən var?

01 · Seçmə qrup · müsahibə ilə

AI organik dropshipping

Süni intellektlə məhsul videosu hazırlayıb TikTok və Instagram-dan organik trafiklə satmaq. Reklam büdcəsi tələb etmir, kontent əməyi tələb edir.

  • Məhsul seçimi və təchizatçının yoxlanması
  • Süni intellektlə video istehsalı: səhnə, səs, variantların çoxaldılması
  • Gündəlik paylaşım sistemi və statistikanın oxunması
  • Shopify səhifəsi və ödəniş infrastrukturu
  • Həftədə iki canlı dərs — mağazalara bir-bir baxılır
KİMƏ UYĞUN DEYİLGündə iki saatdan az vaxt ayıracaqsansa və ya aylıq alət xərcini qarşılaya bilmirsənsə, bu təlim səndə işləməyəcək. Bunu əvvəlcədən deyirik.
  1. Müraciətqısa forma
  2. 24 saatdəyərləndirmə
  3. Müsahibə15–20 dəqiqə
  4. İcmadərslərə başlanğıc
02 · Orta səviyyə · test büdcəsi

Shopify dropshipping

Öz mağazan və ödənişli reklam. Mağazanın qurulmasından ilk ciddi həcmə qədər bütün mərhələlər.

  • Mağazanın quruluşu və satan məhsul səhifəsi
  • Ödəniş sistemi: xarici şirkət, Stripe və pulun çıxarılması
  • Reklam strukturu və büdcənin idarə olunması
  • Rəqəmlərin oxunması: hansı göstərici nəyi bildirir
KİMƏ UYĞUN DEYİLReklam testi üçün ayrıca büdcə yoxdursa, buradan başlama. Əvvəlcə organik modellə işlə, büdcə yığılandan sonra qayıt.
03 · Başlanğıc səviyyə

eBay dropshipping

Platformanın öz trafiki ilə işləyirsən. Ən sadə giriş nöqtəsi, əvəzində ən dar marja.

  • Hesabın açılması və limitlərin artırılması
  • Məhsul seçimi və qiymətləndirmə düsturu
  • Listləmə və sifarişin icrası
  • Hesabın bağlanmasının qarşısını almaq
KİMƏ UYĞUN DEYİLİlk aydan böyük gəlir gözləyirsənsə, bu model sənə uyğun deyil. Burada gəlir pillə-pillə artır və səbir tələb edir.
NİYƏ BİZƏ ETİBAR EDİRLƏR

Söz yox, rəqəm və açıq şərtlər

530+tələbə və müştəri
4Bakıda seminar · 500+ iştirakçı
300+üzvlü açıq WhatsApp icması
2×həftədə canlı dərs
Gəlir zəmanəti vermirik

Nəticə icradan asılıdır. Zəmanət verdiyimiz şey dəstəkdir.

Hər kəsi qəbul etmirik

Uyğun olmayana əvvəlcədən "bu sənə görə deyil" deyirik.

Təzyiq yoxdur

Geri sayan saat, "son yer qaldı" kimi üsullar istifadə etmirik.

Əvvəlcə işimizi gör

YouTube-da açıq video seriya var — qərarı ondan sonra ver.

Do More Million — təsisçilər: İlkin Rəsulzadə və Rüstəm Baxşəliyev · Bakı

TƏLİM NECƏ KEÇİR

Qoşulduqdan sonra nə olur

01Video dərslər

Skool icmasında, istənilən vaxt baxmaq üçün addım-addım.

02Canlı dərslər

Həftədə iki dəfə — sualların canlı cavablanır.

03Mağazana baxış

Hər tələbənin mağazası bir-bir açılır, səhvlər göstərilir.

04İcma

Eyni yolu gedən insanlarla təcrübə paylaşımı.

SUALLAR

Tez-tez verilən suallar

Təlimlər necə keçirilir?

Video dərslər Skool icmasındadır və istənilən vaxt baxıla bilər. Buna əlavə olaraq həftədə iki dəfə canlı dərs keçirilir — orada tələbələrin mağazalarına bir-bir baxılır və konkret düzəlişlər verilir.

Qiymət niyə saytda yazılmır?

Çünki qiymət tək başına heç nə bildirmir. Eyni təlim bir adam üçün yerində qərardır, digəri üçün vaxtsızdır — fərq onun hansı mərhələdə olmasındadır. Ona görə əvvəlcə danışırıq: nə etmək istəyirsən, nəyin var, nəyin yoxdur. Şərtlər həmin söhbətdə aydın olur və gizli heç nə qalmır.

Niyə hər kəs qəbul edilmir?

Qrup kiçik saxlanılır, çünki hər mağazaya ayrıca baxılır. Vaxtını və ya alət xərcini qarşılaya bilməyən adam təlimdən nəticə almır — bu, həm onun, həm də bizim vaxtımızın itkisidir. Müsahibədə bunu əvvəlcədən müəyyən edirik.

Təcrübəm yoxdur, qəbul olunarammı?

Təcrübə şərt deyil. Şərt olan — həftədə ən azı on saat ayıra bilmək və alətlərin xərcini qarşılamaq. Sıfırdan başlayan tələbələrimiz var.

Gəlir zəmanəti varmı?

Yoxdur. Zəmanət verən yerə inanma. Nəticə məhsul seçimindən, icra tempindən və bazarın vəziyyətindən asılıdır. Bizim zəmanət verdiyimiz şey dəstəkdir: mağazana baxılır, səhvlər göstərilir, sualına cavab verilir.

Hansı mərhələdə olduğunu yaz — yolu birlikdə seçək.

Söhbətdən sonra heç nə ödəmədən ayrılmaq tam normaldır.

Təlim haqqında soruş